Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə ödənilən təqaüdün aylıq təqaüdünün məbləği 1300 manatdan 1500 manatadək artırılmasını tapşırıb.
Çərşənbə axşamı İ.Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub. **
N.Abbasova