2018-ci ilin yazında Özbəkistan prezidenti Şavqat Mirziyayev Azərbaycana rəsmi səfər edə bilər. Bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib.
“İndi səfərin dəqiq tarixini qeyd etmək çətindir, bu, yəqin ki, cari ilin yazında, may ayının sonunda mümkündür”, - H.Quliyev Özbəkistan-Azərbaycan biznes forumunda çıxşı zamanı qeyd edib. Bu barədə ca-news.org saytında məlumat verilir.
Onun sözlərinə görə, Ş.Mirziyayevin Azərbaycana səfəri çərçivəsində neft-qaz, aqrosənaye kompleksi, tikinti materiallerı sənayesi və qida sahəsində əməksaşlığı əhatə edən bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.
Bundan başqa, tərəflər Azərbaycanla Özbəkistan arasında birbaşa uçuşların sayının artırılması məsələsinə baxa bilərlər.
Həmçinin H.Quliyev qeyd edib ki, tərəflər arasında Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin istifadəyə verilməsi ilə əlaqədar nəqliyyat və logistika əlaqələrinin möhkəmləndirilməsi məsələsi müzakirə ediləcək. **
F.İsazadə