Azərbaycan hökuməti son 24 il ərzində məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,6 mlrd. manat yönəldib. Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
«Son 24 il ərzində ölkədə məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,6 mlrd. manat yönəldilib. Bunun 3,1 mlrd. manatını dövlət büdcəsinin, 2,1 mlrd. manatını isə Dövlət Neft Fondunun vəsaitləri təşkil edib», - deyə Ə.Həsənov “Respublika” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O qeyd edib ki, daha 1,4 mlrd. manat beynəlxalq maliyyə təşkilatları və Azərbaycanda fəaliyyət göstərən humanitar təşkilatlar tərəfindən ayrılıb.*
B.Rüstəmbəyov