Azərbaycanda Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Şura Nazirlər Kabinetinin qərarı ilə yaradılır.
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə, Şuranın sədr müavini Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev təyin olunub.
Bundan başqa, Şuranın tərkibinə 13 nəfər daxildir.*
F.İsazadə