2017-ci ildə Azərbaycanda bankların səhmdar kapitalına daxilolmalar 900 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
“MBNP-nin əsas vəzifələrindən bniri Azərabycanda bankların kapitallaşmasınən bərpası olub. Yalnız 2017-ci ildə bankların kapitalına daxilolmalar 900 mln. manat təşkil edib ”, - Palatanın məlumatında qeyd olunur.
Ümumilikdə, 2016-2017-ci illərdə bankların səhmdar kapitalına daxilolmalar 1,2 mlrd. manat təşkil edib.
Hazırda Azərbaycanda 30 bank fəaliyyət lisenziyasına malikdir. **
A.Əzizov