Fransanın AXA Qrupu Azərbaycandakı törəmə sığorta şirkətini satır. Bu barədə Qrupun məlumatında deyilir.
“Azərbaycanın sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli AXA Qrupun Azərbaycandakı törəmə şirkəti olan "AXA MBASK"ın 100% səhmlərini almaq haqqında Qrup ilə razılığa gəlib. Artıq tərəflər arasında ilkin razılaşma imzalanıb”, - deyə məlumatda bildirilir.
Tərəflərin razılaşması əsasında sövdələşmənin şərtləri barədə açıqlama verilmir.
Sığorta bazarındakı mənbənin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, sövdələşmə 2-3 ay ərzində başa çata bilər.*
A.Əzizov