Prezident İlham Əliyev Azərbaycan-İran əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edir.
İ.Əliyev bu gün İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əmir Hatəmini qəbul edib.
"Prezident son illər ərzində iranlı həmkarı Həsən Ruhani ilə 10-a yaxın görüşün keçirilməsinin əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib”, - deyə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə uğurla inkişaf etdiyini bildirib. O, Ə.Hatəminin Azərbaycana bu səfərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin hazırkı vəziyyəti və gələcək birgə əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.*
F.İsazadə