Azərbaycan vətəndaşı Gürcüstandan qızıl məmulatlarını qanunsuz ölkəyə keçirməyə çalışıb.
“Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən qızıl məmulatları aşkar edilib”, - Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.
Qızıl məmulatlarının ümumi çəkisi 185,12 qram təşkil edib. Onların arasında 7 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 19 cüt qızıl sırğa, 8 ədəd qızıl boyunbağı və 7 ədəd qızıl kulon olub.
“Faktla bağlı araşdırma aparılır”, - Komitədən qeyd olunub. **
B.Rüstəmbətyov