2017-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd. 203 mln. təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 2,1 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
"Tərəfdaş ölkələrdə iqtisadi vəziyyət respublikaya pul köçürmələrinin həcminə təsir edib. İlkin qiymətləndirmələrə görə, 2017-ci ildə onların həcmi 2016-cı ildə qeydə alınmış $564 mln.-a qarşı $1 mlrd. 203 mln. təşkil edib", - deyə məlumatda bildirilir.
Ötən ilin IV rübündə Azərbaycana pul köçürmələrinin həcmi $452 mln.-a bərabər olub.
2016-cı ildə Azərbaycana pul köçürmələrinin həcmi $564,1 mln., 2015-ci ildə $1 mlrd. 183 mln. təşkil edib.*
A.Əzizov