Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində valyuta satıb. Bu barədə Mərkəzi Bankın pul siyasətinə dair hesabatında deyilir.
"ARDNF 2017-ci ildə valyuta hərraclarında 2016-cı ildə $4 mlrd. 881,8 mln.-a qarşı
$3 mlrd. 597,8 mln. məbləğində valyuta satıb. Yəni, satış həcmi 26,3% azalıb", - hesabatda bildirilir.
2017-ci ilin dördüncü rübündə ARDNF valyuta hərraclarında $1 mlrd. 111,8 mln. məbləğində valyuta satıb.
Fond 2016-cı ildə valyuta hərraclarında $4,9 mlrd. ümumi məbləğdə valyuta satıb, bu da 2015-ci ilin göstəricisindən 37,5% azdır. **
N.Abbasova