2017-ci ildə Azərbaycanda banklar tərəfindən nağd valyutanın xalis satış həcmi $26,5 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
“Valyuta bazarının həcminin azalması nağd valyuta bazarında satışın azalması ilə nəticələnib. Bununla belə, 2017-ci ildə banklar tərəfindən valyuta satışının xalis həcmi ötən ilin analoji dövrü ərzində $445,4 mln.-a qarşı $26,5 mln. təşkil edib", - məlumatda bildirilir.
Bütövlükdə, 2017-ci ildə Azərbaycanın valyuta bazarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb. Xüsusilə ABŞ dolları ilə əməliyyatların həcmi 5,8% - $15 mlrd. 720 mln.-a qədər, avro ilə - 5,4% - 2 mlrd. 445 mln. avroyadək azalıb. “Valyuta bazarında əməliyyatların 83%-i dollarla əməliyyatların, 17%-i digər valyutalarla əməliyyatların payına düşüb”, - AMB-dən qeyd olunur.
Mərkəzi Bankın məlumatına görə, ötən il valyuta əməliyyatlarının 24%-i banklararası valyuta bazarında, 76%-i bankdaxili valyuta bazarında reallaşdırılıb.**
A.Əzizov