2017-ci ildə dollar manata nisbətən 4% ucuzlaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci il üçün Pul siyasəti icmalında deyilir.
"Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. Hesabat dövründə manatın ABŞ dollarına qarşı məzənnəsi 1.92 AZN/$1 təşkil etməklə fevralın 1-də özünün dövr üzrə maksimum həddinə çatıb, 6 dekabr tarixində isə minimum həddə - 1.7000 AZN-ə enib”, - deyə icmalda bildirilir.
2017-ci ildə 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi 1.7206 manat təşkil edib.*
A.Əzizov