31 dekabr 2017-ci il tarixinə Mərkəzi Bankın (AMB) depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitlər üzrə qalıq 1 mlrd. 939 mln. manat təşkil edir.
“2017-ci ildə AMB tərəfindən 61 depozit hərracı və notların yerləşdirilməsi üzrə 49 hərrac keçirilib. Depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitlər üzrə qalıq 1 mlrd. 939 mln. manat təşkil edir”, - AMB-nin 2017-ci il ərzində pul siyasətinə dair icmalında deyilir.
AMB-nin məlumatına görə, 2017-ci ilin sonuna depozit hərracları vasitəsilə cəlb etdiyi vəsaitlər üzrə qalıq vəsait 1 mlrd. 13 mln. manat, notların yerləşdirilməsi üzrə - 926 mln. manat həcmində qiymətləndirilir.
“Depozit hərracları vasitəsilə vəsait 14 gün, notların yerləşdirilməsi vasitəsilə - 28 gün müddətinə cəlb olunur”, - AMB-dən vurğulanıb. **
A.Əzizov