“Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” layihəsi çərçivəsində genişləndirilmə işlərindən sonra Səngəçal terminalının qaz ixracı üzrə gücü sutkalıq 2,8 mlrd. kubfut təşkil edəcək. Bunu “Mərhələ-2” çərşivəsində Səngəçal terminalının obyektlərin genişləndirilməsi üzrə layihənin baş meneceri Rəhman Rəhmanovçərşənbə günü jurnalistlərə bildirib.
“Hazırda Səngəçal terminalının qaz ixracı üzrə gücü sutkalıq 1 mlrd. kubfut təşkil edir. “Mərhələ-2” çərşivəsində terminalın genişləndirilməsi üzrə işlər başa çatdıqdan sonra onun gücü daha 1,8 mlrd. kubfut qaz artaraq, sutkada 2,8 mlrd. kubfut təşkil edəcək”, - R.Rəhmanov qeyd edib.
O məlumat verib ki, hazırda terminalın genişləndiriməsi işləri 100% icra olunub, terminalda “Mərhələ-2” çərçivəsində obyektlərin istifadəyə verilməsi üzrə işlərin 94,5%-i yerinə yetirilib.
“Səngəçal terminalında genişləndirilmə işlərinə 2014-cü ildə başlanılıb.Bu işlərin icrasına maksimum sayda 9,5 min nəfər cəlb olunub. İşlər çərçivəsində 2,2 metr uzunluğunda kabel, 134 km boru kəməri çəkilib və 19 min ton metal konstruksiyaları quraşdırılıb. Terminal 2018-ci ilin II rübünün sonunda “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından “Cənub Qaz Dəhlizi” sisteminə qaz verilməsinə hazır olacaq. Hazırda terminalda 800-1000 nəfər çalışır, genişləndirilmə işlərindən sonra əməkdaşların sayı daha 150 nəfər artacaq”, - o vurğulayıb.
Həmçinin R.Rəhmanov xatırladıb ki, “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” layihəsinin dəyərinin $28 mlrd. olduğu halda indiyədək $20 mlrd. vəsait sərf olunub. **
N.Abbasova