2018-ci ilin yanvar ayında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 82 mln. 760 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 17% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 71 mln. 858,8 min manat (artım 21,6%) və ya bütün bazar üzrə sığorta haqlarının 86,8%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 16 mln. 702,6 min manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 55 mln. 156,2 min manat təşkil edib.
Yanvar ayında icbari sığorta növləri üzrə sığorta haqları 10 mln. 901,2 min manat (azalma 6,1%) təşkil edib.
Ötən ay sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 22 mln. 988,1 min manat yönəldiblər ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 14,2% azdır.
Yanvar ayında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 17 mln. 992,9 min manat (azalma 21,2%) və ya bazar üzrə bütün ödənişlərin 78,3%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 10 mln. 995,5 min manat, qeyri-həyat sığortası üzrə ödənişlər 6 mln. 997,4 min manat məbləğində olub.
Hesabat ayında icbari sığorta növləri üzrə ödənişlər 4 mln. 995,3 min manat (artım 26,5%) təşkil edib.*
A.Əzizov