2017-ci ildə Azərbaycanda istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,7%-i qida məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub. Bu barədə Mərkəzi Bankın (AMB) 2017-ci il üzrə Pul siyasəti icmalında deyilir.
İstehlakçılar xərclədikləri vəsaitin 17,8%-ni geyim və ayaqqabıların, 6%-ni elektrik cihazları və mebelin, 0,7%-ni kompyuterlər və telekommunikasiya avadanlıqlarının, 1,3%-ni əczaçılıq məhsullarının, 5,5%-ni avtomobil yanacağının, 18%-ni digər qeyri-ərzaq mallarının alınmasına sərf ediblər.
2017-ci ildə hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində qida məhsulları, içkilər və tütün məmulatları üçün orta hesabla ayda 153,1 manat, qeyri-ərzaq malları üçün isə 148,8 manat sərf edib.*
B.Rüstəmbəyov