Rusiyanın KM.RU saytında İkinci Dünya müharibəsi illərində hitlerçilərlə əməkdaşlıq edən Qaregin Njdenin İrəvanda abidənin ucaldılması mövzusuna dair sorğu keçirilib.
Sorğu 2018-ci il 14-21 fevral tarixlərində aparılıb.
Sayt oxuculara 4 cavab variantı təklif edib:
1. Bu, Ermənistanın daxili məsələsidir
2. Ermənistan Rusiyanın müttəfiqidir, Rusiya XİN etirazını bildirməlidir
3. Ermənistan Ukraynanın yolu ilə gedir
4. Digər rəy
Sorğuda 10,514 min nəfər iştirak edib. Bununla belə, iştirakçıların 56%-i qeyd ediblər ki, İrəvanda Njdenin abidəsini ucaltmaqla “Ermənistan Ukraynanın yolu ilə gedir”.
İştirakçıların daha 23%-i “Digər rəy”, 19%-i -“Ermənistan Rusiyanın müttəfiqidir, Rusiya XİN etirazını bildirməlidir” cavabını seçiblər.
Sorğu iştirakçılarının yalnız 1%-i abidənin ucaldılmasını Ermənistanın daxili işi hesab edib. **
A.Əzizov