Azərbaycan prezidenti İlham Əliyev Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 mln. manatın ayrılmasını tapşırıb.
Çərşənbə günü İ.Əliyev müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Vəsait “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılıb. **
F.İsazadə