“AzerGold” QSC 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında Göydağ-Əlincə filiz qovşağının Ortakənd-Xanağa sahəsində qazma işlərinə start verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Şirkət 2017-ci ilinIV rübündə Ortakənd-Xanağa sahəsində İtaliyanın aparıcı geofiziki şirkətləri ilə birgə kompleks geofiziki tədqiqatlar aparıb və artıq 2018-ci ildən başlayaraq istismar öncəsi buruq-qazma işlərinə start verməyi planlaşdırır”, - şirkətdən qeyd ediblər.
Ortakənd-Xanağa sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivliyi ilə seçilir. **
N.Abbasova