“SOCAR Methanol” MMC yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlayıb. Bu barədə MMC-dən məlumat verilib.
“Öncə SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, indi isə ilk dəfə bu sahədə son istehlak məhsulunun istehsalına başlanılıb. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. “SOCAR Methanol” analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir”, - məlumatda qeyd olunur.
Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanıb və ilkin satış həyata keçirilib.
“SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır. Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90%-dən çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. “SOCAR Methanol”un istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir”, - məlumatda qeyd edilir. **
N.Abbasova