Azərbaycan 2017-ci ildə dünya bazarlarına 3 min 360,59 kq qızıl ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Ötən il ölkədən $139 mln. 375,54 min dəyərində 3 min 360,59 kq qızıl ixrac olunub. 2016-cı ildə $76 mln. 804,04 min dəyərində 1 min 909,03 kq qızıl ixrac olunub. Beləliklə, 2017-ci ildə ixracın həcmi miqdar ifadəsində 76%, dəyər ifadəsində 1,8 dəfə artıb», - hökumətdən bildiriblər.
2017-ci ilin IV rübündə Azərbaycan $30 mln. 439,49 min məbləğində 995,09 kq qızıl ixrac edib.
Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda 6 min 390,8 kq qızıl hasil olunub.**
N.Abbasova