Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 1988-ci ildə Sumqayıt hadisələrinin təşkilatçısı və əsas iştirakçısı Eduard Qriqoryanın saxlanması üzrə tədbirlər davam etdirilir.
“Aparılan istintaq zamanı müəyyən edilib ki, Sumqayıt hadisələrinin əsas iştirakçşısı E.Qriqoryan Ermənistana ekstradisiya olunandan bir qədər sonra azadlığa buraxılıb və hazırda üçüncü ölkənin ərazisindədir”, - Baş Prokurorluğun Ağır Cinayətlərədair işlər üzrə istintaqidarəsinin baş müstəntiqi Nadir Mirzəyev cümə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, E.Qriqoryan “İnterpol”un xətti ilə beynəlxalq axtarışa verilib.
“E.Qriqoryanın məhz hansı ölkədə olması istintaq sirridir”, - N.Mirzəyev əlavə edib. **
F.İsazadə