Misir Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan xalqının arzusuna uyğun həll olunmasında maraqlıdır. Bunu Misirin xarici işlər naziriSameh Şükri deyib.
S.Şükri Qahirədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevi qəbul edib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Misir bu münaqişənin beynəlxalq hüquq və Azərbaycan xalqının arzusuna uyğun şəkildə həll olunmasında maraqlıdır”, - İqtisadiyyat Nazirliyinin məlumatında S. Şükrinin sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, rəsmi Qahirə Azərbaycanın sülh addımlarını dəstəkləyir.
Ş.Mustafayev öz növbəsində Azərbaycanın Ermənistan istisna olmaqla bütün ölkələrlə mehriban əlaqələr qurduğunu və münasibətləri inkişaf etdirmək niyyətini diqqətə çatdırıb.
O, həmsöhbətinə Ermənistanın hərbi təcavüzü və onun nəticələri barədə məlumat verib.
“Azərbaycanın güclü ordusu var və istənilən zaman erməni işğalındakı torpaqlarını azad etmək iqtidarındadır”, - Ş.Mustafayev əlavə edib. **
F.İsazadə