Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfərə gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Səfər çərçivəsində Z.Həsənov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət edəcək, bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşəcək”, - deyə məlumatda bildirilir.
Müdafiə naziri, həmçinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı planlaşdırılır.
Səfər Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilir.*
F.İsazadə