Cari ilin mart ayında Bakıda “Best of İndia Exhibition” adlı növbəti sərgi keçiriləcək. Bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat verilib.
13-16 mart tarixində “Best of İndia Exhibition” adlı ticarət sərgisi keçiriləcək.
Sərgidə Hindistandan qida məhsulları, eklektron məişət avadanlıqları, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları və s. məhsullar nümayiş olunacaq.
Sərgi Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Hindistanın Ticarət və Sənaye Nazirliyi və Hindistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək. **
B.Rüstəmbəyov