Bu ilin yanvar ayında Azərbaycana MDB ölkələrindən turist axını 2017-ci ili analoji dövrü il müqayisədə 6,9% - 67,3 min nəfərədək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən Azərbaycana gələnlərin sayı7% - 5,8 min nəfərədək azalıb”, - Komitədən bildiriblər.
Bununla belə, turistlərin 70%-ni kişilər, 30%-ni isə qadınlar təşkil edib.
Bu dövrdə Azərbaycana turist axını 2017-ci ilin analoji dpvrü ilə müqayisədə 16,4% - 186,2 min nəfərədək artıb.
“Rusiyadan gələn turistlərin xüsusi çəkisi 30,7%, Gürcüstandan 24,5 %, Türkiyədən 13%, İrandan 7,2%, BƏƏ-dən 4,4% təşkil edib” - məlumatda qeyd olunur.
Hesabat dövründə turistlərin 62%-i dəmir yolu və avtomobil, 37,3%-i hava, 0,7%-i su nəqliyyatından istifadə etməklə Azərbaycana gəlib.
Statistik məlumatlara əsasən, yanvar ayında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3% - 299,3 min nəfərədək azalıb. Bununla belə, vətəndaşların 32,6%-i Gürcüstana, 23,8%-i İrana, 23,4%-i Rusiyaya, 12,5%-i Türkiyəyə, 1,9%-i Ukraynaya səfər edib.
“2018-ci ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 78,3%-i dəmir yolu və avtomobil, 20,8%-i hava, 0,9%-i su nəqliyyatından istifadə edib”, - Komitədən vurğulayıblar. **
F.İsazadə