2017-ci ildəAzərbaycandan $50 mln. 968,96 min məbləğində 1 mlrd. 160mln. 196,03 min kilovat/saatelektrik enerjisiixrac olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«2017-ci ildəAzərbaycandan 1 mlrd. 160mln.196,03 min kilovat/saatelektrik enerjisiixrac olunub. 2016-cı ildə isə 28 mln. 344,46 min dollarlıq 646 mln. 757,88 min kilovat/saat elektrik enerjisiixrac olunub. Beləliklə, ötən il respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 79,4%, dəyər ifadəsində 79,8% artıb”, - deyə məlumatda bildirilir.
İxracın ümumi həcmində Rusiyaya $7 mln. 107,08 min dəyərində 124 mln. 413,86 min kVt/saat, Gürcüstana $37 mln. 573,68 min dəyərində 891 mln. 22,52 min kVt/saat, Türkiyəyə $5 mln. 73,48 min dəyərində 101 mln. 469,64 min kVt/saat, İrana $1 mln. 214,71 min dəyərində 43 mln. 290 min kVt/saatelektrik enerjisiixrac olunub.
2017-ci ildə Azərbaycana $4 mln. 224,86 min dəyərində 108 mln. 421,76 min kVt/saatelektrik enerjisiidxal olunub. 2016-cı ildə isə $4 mln. 221,56 min məbləğində 110 mln. 787,38 min kVt/saatelektrik enerjisiidxal olunub. Beləliklə, ötən il respublikaya elektrik enerjisinin idxal həcmi miqdar ifadəsində 2,2% azalıb, dəyər ifadəsində 0,07% artıb.
Hökumətin məlumatına görə, hesabat ilində Azərbaycan Rusiyadan $2 mln. 930,29 min dəyərində 64 mln. 344,71 min kVt/saat, Gürcüstandan $104,37 min dəyərində 1 mln. 739,55 min kVt/saat, İrandan $1 mln. 190,19 min dəyərində 42 mln. 337,5 min kVt/saatelektrik enerjisiidxal edib.*
N.Abbasova