Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə partiyanın mətbuat xidmətindən məlumat verilib.
“Partiya İ.Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib”, - deyə məlumatda bildirilir.*
N.Abbasova