Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu cümə günü “Abşeron” yatağında qazıntı işləri aparmaq üçün dənizə yola salınıb. Bu barədə Caspian DrillingCompany Ltd şirkətindən məlumat verilib.
“Yarımdalma Qazma Qurğusu cümə günü Caspian DrillingCompany şirkətinin Dəniz Təchizatı və Logistika Bazasından dənizə yola salınıb. Heydər Əliyev adına Yarımdalma Qazma Qurğusu “Abşeron” qaz yatağında ABX-2 quyusunda tamamlama işlərini yekunlaşdırdıqdan sonra ABD001 quyusunu qazacaq”, - məlumatda qeyd olunur.
Qurğunun yola salma mərasimində Caspian DrillingCompany şirkətinin baş direktoru Fərid Axundov və TOTAL şirkətinin Azərbaycan üzrə direktoru Denis Lemarşal iştirak ediblər. **
N.Abbasova