"Rabitəbank" nizamnamə kapitalını 14,4% - 101,3 mln. manatadək artırıb. Bu barədə bankın məlumatında deyilir.
"Bank nizamnamə kapitalını 12,8 mln. manatadək artıraraq 101,3 mln. manata çatdırıb. Artım mövcud səhmdarlar hesabına həyata keçirilib. Məcmu kapital isə 104,6 mln. manata çatdırılıb”, - deyə məlumatda bildirilir.
Bankın aktivləri 2017-ci il ərzində 31,7% artaraq 727 mln. manat təşkil edib.*
A.Əzizov