Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.*
F.İsazadə