Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 200 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank fevralın 26-da keçirilən hərracda 200 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 952,1 mln. manat təşkil edib. Orta ölçülmüş faiz dərəcəsi 8,01%-səviyyəsində qalıb”, - məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb.*
N.Abbasova