Azərbaycanlı xilasediciləri Xəzər dənizində İranın “TARADİS” yük gəmisinin bir nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar yardım edirlər. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin iki gəmisi axtarışlara cəlb olunub”, - məlumatda deyilir.
Nazirlik qeyd edir ki, FHN 25 fevral tarixində axşam saatlarında İranın Port və Dəniz Administrasiyasından Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin bir nəfər heyət üzvünün itkin düşməsi ilə əlaqədar axtarışların aparılması üçün müraciət daxil olub.
“Fevralın 26-da səhər saatlarından Azərbaycan tərəfi axtarışlara cəlb olunub”, - məlumatda vurğulanır. **
F.İsazadə