İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 241 cinayət faktı qeydə alınıb, onların 43-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 58 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 33 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
İstirahət günlərində əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən 15-nin açılması təmin olunub..
Həmçinin narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
F.İsazadə