İran ərazisində Qəzvin-Rəşt dəmir yolunun tikintisi may ayında başa çatacaq. Bu barədə Iran.ru İranın Yol və Şəhərin İnkişafı Nazirliyinin nümayəndəsi Əli Əkbər Mardiyə istinadən məlumat verir.
«Qəzvin-Rəşt dəmir yolunun tikintisi üzrə işlərin 81%-i həyata keçirilib. Bütövlükdə yol İran təqvimi ilə növbəti - 1397-ci ilin (martın 21-də başlayacaq – İF-Az) ikinci ayı ərzində tikilib başa çatmalıdır», - deyə o bildirib.
Ə.Mardinin sözlərinə görə, bu günədək layihənin həyata keçirilməsinə 14,6 trln. rial (təxminən $325 mln.) yönəldilib. İşlərin başa çatması üçün isə daha $55,64 mln. lazım olacaq.*
N.Abbasova