“AGBank” ASC 7 mln. manat məbləğində səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalını 6,8% - 109,2 mln. manatadək artırır. Bu barədə bankdan məlumat verilir.
“14 fevral tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası bankın 7 mln. manat məbləğində səhmlərin əlavə emissiya prospektini qeydiyyata alıb. Əlavə emissiya hər birinin nominal dəyəri 2 manat olan 3,5 mln. ədəd səhmə bölünüb”, - məlumatda qeyd olunur.
Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə planlaşdırılır.
Bununla əlaqədar bank səhmlərin yerləşdirilməsinə abunə yazılışını 26 fevral tarixində başlayıb və 26 may 2018-ci il tarixində yekunlaşdırır. “Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər”, - bank qeyd edir.
Hazırda bankın nizamnamə kapitalı 102,2 mln. manata bərabərdir.
Xəbər verildiyi kimi, “AGBank” 2018-ci ilin sonuna qədər nizamnamə kapitalının 125 mln. manata qədər artırılmasını planlaşdırır. **
A.Əzizov