Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (ARİKZF) kredit reytinqi modeli yaratmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
AİKZF “Kredit reytinqi modeli” və “Erkən xəbərdarlıq sistemi”nin yaradılması məqsədilə tender elan edib.
Şərtlərə əsasən hər iki sistem tenderin qalibi ilə müqavilə imzalandığı andan etibarən 3 ay ərzində yaradılmalıdır.
Tenderdə iştirak haqqı 250 manatdır.
Təkliflər aprelin 16-dək qəbul olunacaq. Tender proseduru aprelin 17-də baş tutacaq.*
A.Əzizov