İranın ETKA şirkətlər qrupu üçüncü ölkələrin bazarlarına çıxış məqsədilə Azərbaycanm şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“ETKA qrupuna daxil olan şirkətlər azərbaycanlı sahibkarlarla əməkdaşlığa hazırdır. Bundan əlavə, Azərbaycan şirkətləri ilə Ukrayna və Rusiya bazarlarında da birgə fəaliyyətə hazırdır”, - “AZPROMO”-dan qeyd ediblər.
ETKA şirkətlər qrupu İran silahlı qüvvələri şəxsi heyətinin sosial təminatının yaxşılaşdırılması məqsədilə yaradılıb. ETKA hazırda İranın qabaqcıl holdinqlərindən biridir.Yeyinti və sənaye məhsullarının istehsalı, tədarükü və ixracı, kənd təsərrüfatı və heyvandarlıq, mağazalar zənciri və distributorlar şəbəkəsi, tikinti, turizm və sığorta sahələrində fəaliyyət göstərir.
İranın ən iri 50 müəssisəsi arasındadır. **
B.Rüstəmbəyov