Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PAŞA Travel” şirkəti Bakı sakinləri və paytaxta gələn qonaqlar üçün "Baku Card" kartını istifadəyə verməyi planlaşdırır. Bu barədə MTTB-dən məlumat verilib.
"Baku Card" Azərbaycanda Bakı şəhərinin ilk və yeganə rəsmi kartı olacaq. Kart sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə etmək imkanı əldə edəcəklər. Bundan başqa, "Baku Card" sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər”, - məlumatda deyilir.
Büronun məlumatına görə, çərşənbə günü Milli Turizm Təbliğat, Bakı Nəqliyyat Agentliyi və “PAŞA Travel” şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandumun imzalama mərasimi keçirələcək.
"Baku Card"ın turistlərin Azərbaycana daha da çox maraq oyatmasına səbəb olacağı gözlənilir. **
N.Abbasova