Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov prezidentə məlumat verdi ki, “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb.
Bundan əlavə, 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub.
Şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. **
F.İsazadə