Azərbaycan insan haqları və əsas azadlıqların müdafiəsi üçün zəruri şərait yaradır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
"Demokratiyanın gücləndirilməsi və insan haqlarına riayət edilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir", - E.Məmmədyarov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.
O həmçinin qeyd edib ki, hökumət Azərbaycan vətəndaşlarının insan haqları və əsas azadlıqlardan tam istifadə etməsi üçün şəraitin yaradılması məqsədilə irimiqyaslı proqramlar reallaşdırır. **
F.İsazadə