Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun ikinci görüşü keçirildi. Bu barədə ASA-dan məlumat verilib.
“Görüş zamanı sığorta şirkətlərinin nümayəndələri ilə qanun layihəsində mübahisəli məqamlara aydınlıq gətirilib. Müzakirələr nəticəsində müəyyən məsələlərlə bağlı qanun layihəsinə düzəlişlər və əlavələr edilməsi, bununla əlaqədar təkliflərin hazırlanıb müvafiq quruma müraciət edilməsi qərara alınıb”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, “Kənd təsərrüfatı sığortası haqqında”qanun layihəsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanıb. **
B.Rüstəmbəyov