2018-ci ilin may ayında BMT Təhlükəsizlik Şurası Azərbaycana dair üçüncü Universal Dövri İcmala baxacaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycan UPR-ə önəm verir və 2016-cı ildə aralıq hesabatı təqdim edib. Üçüncü icmalımıza 2018-ci ilin may ayında baxılacaq”, - E.Məmmədyarov Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanıbildirib.
O həmçinin qeyd edib ki, Azərbaycan BMT TŞ-nin insan haqları haqları üzrə fəaliyyətinin gücləndirilməsini dəstəkləyir.
“Şura insan haqları üzrə həssas qlobal orqan qismində öz öhdəliklərini yerinə yetirməli və güclənməlidir. Həmin orqanın əsas anlayışları “dialoq”, “əməkdaşlıq”, “yardım” olmalı və tənqid üçün platformaya çevrilməməlidir”, - Ə.Məmmədyarov vurğulayıb. **
F.İsazadə