Bu günədək təkrar bazarda SOCAR-ın (ARDNŞ) korporativ istiqrazları üzrə əməliyyatların həcmi $134,6 mln. təşkil edib. Bu barədə PSG Kapital şirkətinin məlumatında deyilir.
“İstiqrazların marketmeykeri olan “PSG Kapital” şirkətinin məlumatına görə, indiyədək təkrar bazarda SOCAR-ın istiqrazlarla əməliyyatların həcmi $134,6 mln. təşkil edib”, - məlumatda qeyd olunur.
19-23 fevral tarixlərində təkrar bazarda SOCAR-ın $1,65 mln. dəyərində 1,644 min istiqrazı üzrə əməliyyat aparılıb.
“Ümumilikdə, 2018-ci ilin əvvəlindən təkrar bazarda SOCAR istiqrazları ilə $11,9 mln. dəyərində əməliyyat aparılıb”, - “PSG Kapital” qeyd edir. **
N.Abbasova