2018-ci ilin avqust ayında “SOCAR Karbamid” zavodunda istehsala başlanacaq. Bu barədə ARDNŞ-dan məlumat verilir.
“Hazırda “SOCAR Karbamid” zavodunda tikinti işləri sona çatmaq üzrədir və bir aydan sonra artıq sınaq-sazlama işlərinə başlanılacaq. Zavodda ilk məhsul -ammonyakın istehsalı bu ilin avqust ayında planlaşdırılır. Cari ilin oktyabr ayında isə zavodun yekun məhsulu - azot gübrəsi (karbamid) istehsal olunacaq”, - SOCAR-ın məlumatında deyilir.
İstehsal ediləcək karbamidin təxminən 150 min tonu daxili tələbatı tam təmin edəcək və nəticədə Azərbaycanda gübrənin idxalına illik sərf olunan 55 mln. dollar vəsait ölkə daxilində qalacaq.
Məhsulun qalan 450-500 min tonluq həcmi isə ixrac üçün nəzərdə tutulur. **
B.Rüstəmbəyov