Mərkəzi Seçki Komissiyası aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərində seçicilərin sayının dəqiqləşdirilməsi üzərində işi başa çatdırıb. Bunu MSK sədrinin müavini Natiq Məmmədov deyib.
“Seçicilərin sayının dəqiqləşdirilməsi üzərinə işi başa çatdırdıq. 5 mln. 192,042 min nəfər prezident seçkilərində səsvermə hüququna malikdir”, - N.Məmmədov çərşənbə günü jurnalistlərə bildirib.
Azərbaycanda növbəti prezident seçkiləri oktyabrın 17-də baş tutmalı idi. Lakin, fevralın 5-də prezident İlham Əliyev aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair sərəncam imzalayıb. **
F.İsazadə