Makedoniya Respublikasının prezidenti George İvanov mart ayında Azərbaycana səfərə gələcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir. Forumda Albaniya, Monteneqro, Moldova prezidentləri, Türkiyənin baş naziri, xarici işlər naziri və digər dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları iştirak edəcəklər.
VI Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Forumun işində 500 nəfərə yaxın qonağın iştirakı gözlənilir.*
B.Rüstəmbəyov