Sahibkarlığa Kömək Milli Fondu çərşənbə günü İsmayıllı rayonunda sahibkarlara 220 min manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Ayrılan kreditlər heyvandarlıq, bağçılıq və taxılçılıq sahələrinin inkişafına yönəldiləcək”, - məlumatda deyilir.
İndiyədək SKMF İsmayıllı rayonunda sahibkarlara 22,8 mln. manat məbləğində kredit ayırıb.
Nazirliyin məlumatına görə, 2018-ci ilin əvvəlindən SKMF xətti ilə güzəştli kreditləşmənin həcmi 19,2 mln. manat təşkil edib. Bu vəsait 152,5 mln. manat ümumi məbləğdə layihələrin reallaşdırılmasına yönəldilib. **
B.Rüstəmbəyov