Azərbaycan 2017-ci ildə Rusiyaya pomidor ixracını 1,5 dəfə – 151 min tonadək artıraraq bu ölkəyə ən çox pomidor ixrac edən ölkə olub. Bu barədə “Aqroinvestor” portalı RF Federal Gömrük Xidmətinə istinadən məlumat verir.
"2017-ci ildə Rusiyaya təzə və soyudulmuş pomidor ixracı 11% - 516 min tonadək artıb. Azərbaycan ixracı 151 min tonadək ($151 mln.) artıraraq ən çox pomidor tədarük edən ölkə olub”, - deyə portal qeyd edir.
Beləliklə, RF-yə pomidor tədarükü bazarında Azərbaycanın payı ötən il 30% artıb. 2016-cı ildə bu rəqəm 22% təşkil edib.
İkinci yerdə pomidor tədarükünü 26% - 109 min tonadək artıran Çin qərarlaşıb.*
A.Əzizov