2018-ci ilin yanvar-fevral aylarında manat dollara qarşı dəyişməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
Fevralda manatın dollara qarşı orta məzənnəsi 1,7001 AZN/$1 təşkil edib, bu da 2018-ci ilin yanvar ayı və 2017-ci ilin dekabr ayının göstəricisinə uyğundur.
2018-ci ilin yanvar-fevral aylarında manat avroya qarşı 2,33% ucuzlaşıb. Bununla belə, fevralda manat avroya nisbətən 1,59% möhkəmlənib, baxmayaraq ki, cari ilin yanvar ayında 3,98% ucuzlaşıb.
2017-ci ildə manat avroya nisbətən 4% möhkəmlənib, avroya qarşı 8,9% ucuzlaşıb.
2016-cı ildə manat dollara qarşı 13,6%, avroya qarşı 19,5% ucuzlaşıb.**
A.Əzizov